Ümumməktəb valideyn iclası
Məktəbin fəaliyyət planının 1.4.2 bəndinə müvafiq olaraq 03 fevral 2018 – ci il tarixində ümumməktəb valideyn iclası keçirildi. İclasda sinif rəhbərləri, fənn müəllimləri, I – XI sinif üzrə ən fəal valideynlər iştirak etdilər. Məktəbin direktoru Tünzalə Zeynalova iclası giriş sözü ilə açaraq “Təhsildə keyfiyyət ili” çərçivəsində I yarımildə məktəbdə görülmüş işlərdən, I yarımilin nəticələrindən və II yarımildə qarşıda duran vəzifələrdən danışdı. Valideynlər məktəbin II yarımil üçün fəaliyyət planı ilə tanış edildi və birgə fəaliyyətlər planlaşdırıldı. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə fəaliyyət haqda razılaşdırılmış “Avropa Dillərinin Tədrisi üzrə Xidmət Mərkəzi” İctimai Birliyinin əməkdaşları valideynlər qarşısında çıxış edərək fəaliyyətləri ilə onları tanış etdilər və videogörüntülər nümayiş olundu.
İclasda valideynləri maraqlandıran suallar cavablandırıldı.