Fövqəladə hallarla bağlı davranış qaydaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən 02 fevral 2018 – ci il tarixində məktəbdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional  Mərkəzinin təşkilatçılığı ilə VIII – X sinif şagirdləri arasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət yanğın nəzarət xidmətinin, Dövlət yanğından mühafizə xidmətinin, kiçik həcmli gəmilərə nəzarət və sulardan xilasetmə xidmətlərinin əməkdaşları iştirak etdilər.

Məktəbin direktoru qonaqları salamlayaraq şagirdlər arasında fövqəladə hallarla bağlı tədbirlər keçirilməsinin vacibliyindən danışdı və seminarın işinə uğurlar arzuladı.

Məruzəçilər məktəblilərə fövqəladə hallar zamanı davranış qaydalarından, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik qaydalarından, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından və s. danışdılar. Tədbir boyu elektron təqdimatlar nümayiş etdirildi.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi