Sağlam davranış

01 fevral 2018 – ci il tarixində “Pətək”  Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Davranışımızın həyatımıza təsiri” mövzusunda təqdimatı keçirildi.

İB – nin  koordinatoru Xuraman Əsgərova “Sağlam davranış” layihəsi çərçivəsində məktəbdə maarifləndirmə işinin təşkili , uşaq və yeniyetmələrin hərtərəfli, düzgün inkişaf etmiş milli – mənəvi dəyərlərə malik nümunəvi şəxsiyyət kimi tərbiyə olunması, yarışmalar zamanı uşaqların vaxtını səmərəli axtarışlara yönəldilməsi istiqamətində məlumatlar  verdi.

“Sağlam gələcək naminə  birləşək” devizi altında planlaşdırılmış “Sağlam davranış” layihəsinin bir neçə mərhələdə həyata keçirilməsi haqqında təqdimat nümayiş etdirildi.

Sonda məktəbin direktoru elmin, texnikanın inkişaf etdiyi müasir dövrdə böyüməkdə olan gənc nəslin düzgün qidalanması, sağlam həyat tərzinin və faydalı davranışlarının vacibliyindən danışdı.Belə layihələrin yerinə yetirilməsində İB-nin əməkdaşlarına və məktəbin "sağlam olaq" klubunun üzvlərinə bu müsabiqədə uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi