3 № -  li  pedaqoji şura iclası

30 yanvar 2018 – ci il tarixində cari tədris ilinin fəaliyyət planına uyğun olaraq I yarımilin yekunlarına həsr edilmiş növbəti pedaqoji  şura iclası keçirildi.

İclasda I yarımilin yekunları, II yarımildə qarşıda duran məsələlər, fənn aylıqlarının təhlili, (Azərbaycan dili və ədəbiyyat, tarix) sinif jurnallarının işlənmə vəziyyəti, məktəbdənkənar və sinifdənxaric işlərin yerinə yetirilməsi, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınmış normativ sənədlərlə pedaqoji kollektivin üzvlərinin tanış edilməsi və s. istiqamətlər üzrə məruzələr edildi.  Məruzələr ətrafında çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul edildi.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova “Təhsildə keyfiyyət ili” çərçivəsində ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin səmərəliliyinin artırılması istiqamətində I yarımildə həyata keçirilən tədbirlər və II yarımildə qarşıda duran məsələlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi