İmzalı görüş - Nəriman Həsənzadə

           26 yanvar 2018 – ci il tarixində məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Nəriman Həsənzadə ilə “Dünya bir nərdivandı" adlı ədəbi – bədii tədbir keçirildi. Xalq şairi ilə görüşdə onun yaxın dostu Cənubi Azərbaycandan olan şair Aqşin Ağkəmərli, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, həmin təşkilatın əməkdaşları Rahil Şükürov, Sevinc Əzimzadə, “Azərbaycan müəllimi” qəzetinin müxbiri Samirə Kərimova iştirak edirdilər.

      Tədbiri məktəbin direktoru Tünzalə Zeynalova giriş sözü ilə açaraq xalq şairi Nəriman Həsənzadənin 283 №- li məktəbin müəllim, şagird, valideyn kollektivi ilə görüşündən məmnunluq hissi duyduğunu və kollektiv adından dərin təşəkkürünü bildirdi. Tədbir boyunca məktəbin şagird və müəllimlərinin ifasında şairin yaradıcılığından nümunələr, şeirlər, kompozisiyalar təqdim olundu. Rus bölməsinin şagirdlərinin hazırladıqları "Nabat xalanın çörəyi" səhnəciyi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

       Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, şair Aqşin Ağkəmərli çıxış edərək Nəriman Həsənzadə yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşdülər.

      Şair ən çox sevdiyi şeirləri söylədi və ona ünvanlanmış sualları cavablandırdı. Tədbirin sonunda Nəriman Həsənzadə müəllifi olduğu kitabları imzalayıb görüş iştirakçılarına təqdim etdi. Sonda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi