Şagirdlərin qış tətilini necə təşkil etməli?
Məktəb rəhbərliyi ilə sinif müəllimləri arasında “Şagirdlərin qış tətilini necə təşkil etməli?” mövzusunda görüş keçirildi. Müəllimlər məktəblilər tərəfindən böyük maraqla qarşılanan ekskursiyaların təşkil olunmasının əhəmiyyətini qeyd etdilər. Ekskursiyaların təşkilində müəllimlərin əsas məqsədi zəngin tarixi mədəniyyət abidələrimiz haqqında şagirdləri daha dolğun məlumatlandırmaq və bunun məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olduğunu aşılamaqdır.
Müzakirələrdən sonra təşkil ediləcək ekskursiyalarda şagirdlərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, “Qobustan" Dövlət Tarixi-Bədii Qoruğuna, Qız qalasına, Şirvanşahlar sarayına, Bakı Çörək Zavoduna getmələri nəzərdə tutuldu.