BSQ nəticələri təhlil edildi
Məktəbin I – X sinifləri üzrə BSQ keçirilməsi vəziyyəti və nəticələrin təhlil olunması məqsədilə 24 yanvar 2018 – ci il tarixində məktəb rəhbərliyinin fənn müəllimləri və sinif rəhbərləri ilə görüşü oldu. Əsas fənn müəllimləri keçirilmiş BSQ- lərə əsasən şagirdlərin I yarımil ərzində nəticələrinin qənaətbəxş olduğu haqda fikir mübadiləsi apardılar. Görüşdə məktəbin direktoru və direktor müavinləri görülmüş işlərə münasibət bildirib müəyyən tövsiyələr verdilər.