Təlxəyin hakimliyi
Şagirdlərin oxuma – anlama bacarıqları və inkişaf dinamikasının izlənilməsi məqsədilə 23 yanvar 2018 – ci il tarixində IV sinif şagirdləri ilə “Təlxəyin hakimliyi” hekayəsi üzərində qiymətləndirmə aparıldı. Şagirdlər əvvəlcə hekayə ilə tanış oldular. Hekayədə bir təlxəyin xəsis aşpazla hambalın arasında olan mübahisəsindən çıxardığı ədalətli qərardan bəhs edilirdi. Müəllimlər marağa səbəb olmuş mətnlə bağlı fikir və mülahizələrini şagirdlərlə bölüşdülər.
Müzakirələrdən sonra oxuma – anlama bacarıqlarını müəyyənləşdirən 12 açıq tipli sual şagirdlər tərəfindən cavablandırıldı.