Qiymətləndirmə

Məktəbin fəaliyyət planının 1.1.31 – ci bəndinə müvafiq olaraq 22 yanvar 2018 – ci il tarixində XI sinif şagirdlərinin tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə məktəbdaxili qiymətləndirmə keçirildi.
Ana dili, riyaziyyat , ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini, şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığını təmin etmək üçün keçirilmiş qiymətləndirmədə şagirdlərin sərbəst işi təmin olundu.