Fənn aylığı davam edir

            Məktəbin fəaliyyət planının 1.1.13 - cü bəndini icra etmək məqsədilə fənn aylıqları çərçivəsində tarix dərslərinin  dinlənilməsi davam edir. 19 yanvar 2018 – ci il tarixində Abdıyeva Əfsanənin 8ç sinfində “Qərbi Azərbaycan xanlıqları” mövzusunda nümunə dərsi keçirildi. Dərs tədqiqat əsasında qurulmuşdu . Şagirdlər 18 – ci əsr Azərbaycan xanlıqları xəritəsindən istifadə etməklə tədqiqatçılığa cəlb olundular. Bu mərhələdə İrəvan və Naxçıvan xanlıqlarının siyasi və iqtisadi vəziyyəti araşdırıldı. Dərsdə venn diaqramından, sinxron cədvəldən istifadə olundu. Ümumiləşdirmə və nəticə mərhələsində İrəvan və Naxçıvan xanlıqlarının qədim və indiki vəziyyəti haqqında ətraflı məlumat verildi. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən təhlil olundu və metodiki tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi