Qanlı  şanlı tariximiz

            19 yanvar 2018 -ci il tarixində məktəbdə 20 Yanvar faciəsinin 28 – ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq “Qanlı şanlı tariximiz” mövzusunda tədbir keçirildi. Tədbirdə işğal altından azad olunmuş Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, məktəbin valideyni, Qarabağ döyüşlərinin  iştirakçısı, leytenant- polkovnik Nadir Tağıyev, müəllim, valideyn və şagirdlər iştirak etdilər. Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızların xatirəsi yad edildi. Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər, hazırladıqları kompozisiyalar bütün tədbir iştirakçılarını təsirləndirdi. Tədbir boyunca şanlı tariximizin səhifələrinin əks olunduğu slaydlar nümayiş olundu. Cocuq Mərcanlı kəndinin məktəb direktoru  Zamin Həziyev Cocuq Mərcanlı şəhidləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin abadlaşdırılması, inkişafı istiqamətində sərəncamlarının nəticəsidir ki, bu gün orada dinc, rahat, əmin – amanlıq şəraitində həyat tərzi mövcuddur.

               Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən 20 Yanvar tədbirləri ilə bağlı keçirilmiş şeir müsabiqələrinin 13 nəfər qalibi diplomlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi