Rus bölməsində nümunə dərslər

“Rus dili fənninin tədrisi vəziyyətinin öyrənilməsi” aylığı çərçivəsində 18 yanvar 2018 – ci il tarixində məktəbin rus bölməsinin I – IV siniflərində Ana dili dərsləri dinlənildi. Nailə Mahmudovanın 1d sinfində "Sait və samit səslər, onların hərflərlə işarə edilməsi", Günay Əşrəfovanın 2e sinfində "Sözün kökündə qoşa samitlərin yazılışı və tələffüzü", Elmira Səfərovanın 3d sinfində "İncə və ayırıcı samitlər", İlhamə Şirəliyevanın 4d sinfində "İsimləşmiş sifətlərin hal şəkilçilərinin yazılışı" mövzularında nümunə dərsləri dinlənildi.

Standartları məqsədəuyğun seçilmiş dərslərdə motivasiyaların maraqlı qoyuluşu, fərdi və qrup işlərinin təşkilində şagirdlərin mövzu ilə bağlı fikirləri, məlumat mübadiləsi mərhələsində təhliletmə və təqdimetmə bacarıqları hər sinifdə maraqlı və fərqli şəkildə yerinə yetirməklə potensial imkanlara malik olduqlarını göstərirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi