“Şeir müsabiqəsi”

 

17 yanvar 2018 – ci il tarixində məktəbin kitabxanasında “20 Yanvar" faciəsinin 28 – ci ildönümünə həsr olunmuş “Unutmadıq, unutmuruq, unutmayacağıq!” başlığı altında şagirdlər arasında şeir müsabiqəsi keçirildi.

Şəhidlərin Anım günündə V sinif şagirdləri Səma Mürsəlovanın, Zaura Qurbanlının, VI sinif şagirdləri Nuray Tahirlinin, Arzu Kərimovanın, Nigar Səfərlinin, Röya Qasımovanın, Cavidan Musayevin, VII sinif şagirdləri Nəzrin Pirmetovanın, İlkay Alızadənin, İlhamə Əzizovanın, VI sinif şagirdi Azər Hüseynovun tarda həzin müşayiəti ilə mükəmməl çıxışları oldu.

Məqsəd şagirdlərdə vətənpərvərlik ruhu oyatmaq və istedadlı şagirdləri aşkar etməkdir.

Sonda fərqlənən şagirdlər I, II, III yer üzrə məktəb müdriyyəti tərəfindən təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi