“20 Yanvar” hadisələri rus bölməsinin şagirdlərinin gözü  ilə

17 yanvar 2018 – ci il tarixində məktəbin rus bölməsi üzrə tarix müəllimi Mirvari Mirzəyevanın təşkilatçılığı ilə “Qara yanvar xalqımızın ağrı və qürur mənbəyidir ” mövzusunda hazırladığı dəyirmi masa keçirildi. Tədbir dövlət himninin səslənməsi, şəhidlərin xatirəsinin yad edilməsi ilə başlandı. 20 Yanvar hadisələrini təhlil etmək, baş vermiş hadisələrə münasibət bildirmək üçün dəyirmi masada debat üsulundan istifadə olundu. Bir qrup şagird 20 Yanvarın xalqımızın qanlı tarixi, digər qrup şagirdlər isə bu hadisənin xalqımızın qəhrəmanlıq tarixi olduğunu əsaslandırmaq üçün mülahizələr və sübutlar irəli sürürdülər.

Tədbir boyunca 20 Yanvar hadisələrinə həsr olunmuş videogörüntülər nümayiş olundu, şeirlər, mahnılar səsləndi, səhnəciklər göstərildi. Ulu Öndər Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin şəhidlərin əziz xatirəsi ilə bağlı söylədikləri fikirlər səsləndirildi. Debat iştirakçıları müzakirələrdən sonra yekdilliklə bu qərara gəldilər ki, 20 Yanvar bir tərəfdən xalqın qanlı tarixi hesab olunursa, digər tərəfdən də qəhrəmanlıq səhifəsidir. Məhz 20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda atdığı ən böyük tarixi hadisədir.

Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova iştirakçılara 20 Yanvar hadisələri ilə bağlı ətraflı, geniş məlumat və müzakirələrə görə təşəkkürünü bildirərək şagirdlərə tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi