20 Yanvar qəhrəmanlığı rus dili dərsində

    Şagirdlərin xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərinin artırılması, tarixi hadisələrə rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə məktəbdə 15 yanvar 2018 – ci il tarixində rus dili müəllimi Pərvanə Mehrəliyevanın 4a sinfində 20 Yanvar qəhrəmanlarına həsr olunmuş dəyirmi masa keçirildi. Şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edərək onlara aid toplaqdıqları məlumatları, şeirləri söylədilər. Qəhrəmanlıq mövzusunda mahnılar ifa etdilər.

    Dəyirmi masada iştirak edən direktor müavini Sevinc Musayeva, rus dili müəllimi Lətifə Rüstəmova və digər fənn müəllimləri 20 Yanvar və həmin gün törədilən vəhşiliklər haqqında öz təəssüratlarını danışaraq şagirdlərə müstəqilliyimiz uğrunda özlərini qurban vermiş qəhrəmanları unutmamağı tövsiyə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi