Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi

Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi10 dekabr 2015-ci il tarixdə 283 N-li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü keçirildi. "Tərixə yaddaş ömür" adlı ədəbi-bədii tədbirdə çıxış edən məktəbin şagirdləri Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində xalqımızın ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolunu qeyd edirdi. Şagirdlər öz çıxışlarında Heydər Əliyevin dünyanın nadir, unikal, seçilən siyasət adamı olması, onun dünya siyasətinə təsir etmək gücündə olan liderliyini, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olmasını, gələcəyi görmək qabiliyyətinin başqalarına, həmkarlarına nisbətən daha güclü olduğunu diqqətə çatdırırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi