Qarabağ tarixi

Məktəbin fəaliyyət planına müvafiq olaraq “Azərbaycan tarixi fənninin tədrisi vəziyyətinin öyrənilməsi” aylığı çərçivəsində 12 yanvar 2018 – ci il tarixində Sevinc Nadirovanın 8b sinfində “Qarabağ xanlığı” mövzusunda dərsi dinlənildi.

Müəllim dərsi günün tələblərinə uyğun, metodiki cəhətdən düzgün quraraq məqsədinə nail oldu.

Dərsin üstün cəhətlərindən biri XVIII əsrdə xanlıqların Azərbaycanın ərazi bütövlüyü uğrunda  birləşdirmə siyasəti və uğursuz nəticələrinə  geniş yer verməsi oldu.

Müasir dövrlə əlaqələndirilərək işğaldan azad olunmuş  Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndindəki abadlıq işləri haqda videoçarx nümayiş etdirildi.

Dərs işğal altında olan torpaqlarda Ali Baş Komandanın rəhbərliyi  altında yaxın gələcəkdə Azərbaycan bayrağının dalğalanacağı inamı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi