IX siniflərdə sınaq qiymətləndirmə
Məktəbin fəaliyyət planının 1.1.31 – ci bəndinə uyğun olaraq 12 yanvar 2018 – ci il tarixində IX siniflərdə şagirdlərin Azərbaycan dili və riyaziyyat fənlərindən bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin, təlimdə inkişaf dinamikasının öyrənilməsi məqsədilə sınaq qiymətləndirilmə keçirildi. Şagirdlər hər birindən 15 sual olmaqla təklif olunan açıq və qapalı tipli 30 test sualını müəyyən olunmuş vaxt ərzində cavablandırıb təhvil verdilər.