"Balıqlar" mövzusunda dərs

10 yanvar 2018 – ci il tarixində məktəbin 3b sinif müəllimi Nəzakət Allahverdiyevanın  Həyat bilgisi fənnindən  “Balıqlar” mövzusunda nümunə dərsi dinlənildi. Müəllimə mövzu ilə bağlı maraqlı motivasiya qurmaqla şagirdləri tədqiqatçılığa cəlb etdi. Dərsdə qrup işi, fərdi iş formalarından, BİBÖ, Beyin həmləsi, Müzakirə üsullarından istifadə edilməklə şagirdlər balıqlar haqqında bildikləri məlumatları və bilmək istədiklərini nümayiş etdirdilər. Dərsdə fənlərarası inteqrasiya, ( musiqi, ana dili, təsviri – incəsənət) elektron  resurslardan istifadə məqsədəuyğun idi.

  Məktəb rəhbərliyinin,  ibtidai sinif müəllimlərinin dərsin təhlili zamanı söylədikləri fikirlər və metodiki tövsiyələr müəllimənin nəzərinə çatdırıldı və ona gələcəkdə də işlərini bu istiqamətdə qurmaq arzu edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi