“Koroğlu" dastanına müasir baxış
09 yanvar 2018 – ci il tarixində məktəbin Ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə “Koroğlu" dastanına müasir baxış” mövzusunda dəyirmi masa keçirildi.Məktəblilərin dastanın müxtəlif boyları haqqında verdikləri məlumatlar, dastandakı qoşma və gəraylılardan söylədikləri nümunələr iştirakçılar tərəfindən maraqla qarşılandı. Dəyirmi masada şagirdlər “Koroğlu" dastanından hazırladıqları səhnəcikləri nümayiş etdirdilər. Tədbir boyunca "Koroğlu" operasından müəyyən fraqmentlər, məşhur xanəndələrin ifasında Koroğluya həsr olunmuş mahnılar səsləndi. Ölkə başçısı İlham Əliyevin xalq qəhrəmanı haqqında deyilən müdrik fikirləri tədbir iştirakçılarına çatdırıldı. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə Azərbaycan tarixinə marağı möhkəmləndirmək, eyni zamanda onları qələbəyə inam ruhunda yetişdirməkdir.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova dəyirmi masanın keçirilməsində iştirak edən şagirdlərə uğurlu çıxışlarına görə təşəkkürünü bildirib gələcəkdə də xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş mövzulara müraciət etməyi tövsiyə etdi.