Tarix dərsləri dinlənildi

Məktəbin fəaliyyət planının 1.1.13 - cü  bəndinə uyğun olaraq keçirilən fənn aylıqları çərçivəsində 08 yanvar  2018 – ci ildə tarix dərsləri dinlənildi. 8c sinfində Təranə Cəfərovanın  “Azərbaycanın Cənub xanlıqları” mövzusunda dərsi  maraqlı idi.  Müəllimə kollektiv və qruplarla iş formasından,  Beyin həmləsi,  Şaxələndirmə üsullarından istifadə etməklə şagirdlərə “Cənub xanlğında birləşdirmə siyasətinin nəticəsi nədən ibarət oldu?” tədqiqat sualını təqdim etdi.  Qruplar işlərini tamamlayandan sonra təqdimat və məlumatın müzakirəsi keçirildi. Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə qazandıqları bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradıldı.

10b riyaziyyat – iqtisadiyyat təmayüllü sinifdə Rəhilə Heydərlinin Azərbaycan tarixindən keçdiyi  “Azərbaycan Atabəylər dövləti” mövzusunda dərsi dinlənildi. Kollektiv və qrup işi formalarından, Beyin həmləsi, Müzakirə, Venn diaqramı üsullarından istifadə etməklə “Atabəylər dövlətinin Azərbaycan tarixində rolu və əhəmiyyəti” barədə tədqiqat sualı araşdırıldı. Təqdimat, müzakirələr şagirdlərin fəallığı ilə keçirildi.

11b sinfində Qasımov Sadayın “Azərbaycan döyüşçüləri ön cəbhədə antifaşist müqavimət və partizan hərəkatında” mövzusunda dərsi dinlənildi. Müəllim dərsində müxtəlif resurslardan, təlim forması və üsullarından istifadə etməklə məqsədinə nail oldu.

Dərslərin müzakirəsində iştirak edən məktəb rəhbərliyi, fənn müəllimləri dərsləri təhlil edərək müvafiq tövsiyələr verdilər.

           

    

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi