IV sinif şagirdlərinə oxuyub-anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi paylandı
Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxuyub – anlama bacarıqlarının inkişaf etdirilməsi və söz ehtiyatlarının zənginləşdirilməsi məktəbin cari fəaliyyət planının əsas istiqamətlərindən biridir. Bu məqsədlə 08 yanvar 2018-ci il tarixdə məktəbin IV sinif şagirdilərinə (119 nəfər) “Oxuyub – anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi” paylandı.
Tədris ilinin sonuna kimi vəsaitdə olan 14 hekayə ilə qiymətləndirmənin yerinə yetirilməsi nəzərdə tutulur.