Müəllimin 65 yaşı qeyd edildi
Uzun müddət məktəbin Azərbaycan bölməsində riyaziyyat müəllimi işləyən Eyvazova Hökümə Müsafir qızının 65 yaşı tamam oldu. Bu münasibətlə məktəbin direktoru, direktor müavinləri, məktəb həmkarlar komitəsinin sədri və kollektivin bir qrup üzvləri müəllimi təbrik edərək xoş arzularını bildirdilər.
Müəllim uzun müddətli pedaqoji fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdü və dərin təşəkkürünü bildirdi.