Metodbirləşmə iclası keçirildi
04 yanvar 2018 – ci il tarixində məktəbin illik fəaliyyət planının 1.1.13 – cü bəndini icra etmək və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından şagirdlərin tarix fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə fənn müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirildi.
Tarix fənni üzrə metodbirləşmə sədri Camalova Sima söz alaraq yanvar ayında tarix fənninin tədrisinin öyrənilməsi baxımından qarşıda duran və planlaşdırılan məsələlərlə bağlı məruzə etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.