Hüseyn Cavid  - 135

29 dekabr 2017 – ci il tarixində məktəbin kitabxanasında Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustadı Hüseyn Cavidin  135 illik yubileyinə həsr olunmuş ədəbi – bədii gecə keçirildi.

“Həmişəyaşar şair” adlı ədəbi – bədii gecədə Hüseyn Cavidin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar  nümayiş olundu.

Şairin sözlərinə bəstələnmiş musiqinin müsayiəti ilə “İblis” dramından  İblisin  monoloqu söylənildi.

“Sevinmə, gülmə quzum”,  “Məzlumlar üçün”,  “Qız məktəbində”, “Çiçək sevgisi” adlı lirikanın ən gözəl nümunəsi sayılan şeirləri şagirdlər tərəfindən ifadəli şəkildə səsləndirildi. Dramaturqun onu zirvələrə qaldıran “Ana”, “Maral”,  “Uçurum”,  “Şeyda”, “Şeyx Sənan”, “İblis” əsərləri şagirdlər tərəfindən kompozisiyalar şəklində təqdim olundu.

Hüseyn Cavid irsinin öyrənilməsi türk millətinin özünə qayıdışıdır, hər birimiz dramaturqun yaradıcılığını  öyrənməli və öyrətməliyik.


http://president.az/articles/25606

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi