Həmrəylik – Birlik deməkdir

28 dekabr 2017 – ci il tarixində məktəbin sinif müəllimi Rəfiqə Əliyevanın rəhbərliyi altında 4a sinfinin şagirdləri və 5 yaşlıların iştirakı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş “Həmrəylik – Birlik deməkdir” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Dövlət himninin səslənməsi ilə başlanan tədbir balacaların həmrəylik günü haqqında Azərbaycan, rus və ingilis dillərində ətraflı məlumatlarla davam etdirildi. İslam həmrəyliyini əks etdirən müxtəlif xalqların rəqs və mahnılarından nümunələr nümayiş etdirildi. Şagirdlər səhnələşdirdikləri “Yeddi nar çubuğu” nağılı, “Kirpinin düz sözü” təmsili ilə birliyin, dostluğun nümunəsini göstərdilər. 5 yaşlı uşaqların rəqs nümunələri tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.
              Həmrəylik gününə həsr olunmuş slaydlar, videoçarxlar nümayiş etdirildi.
             Sonda məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik edərək pedaqoji kollektivin üzvlərinə, valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi