Ədəbiyyat biliciləri

     22 dekabr 2017-ci  il tarixində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdə yekun mərhələsi keçirildi.

    IX, X və XI sinif  şagirdləri arasında Azərbaycan və dünya ədəbiyyatını daima izləyən, müxtəlif əsərləri mütaliə etməyə maraqlı olan bir neçə şagirdə sorğu vərəqləri paylandı. Məqsəd bu şagirdlər arasında oxuduqları əsərlərə, onların müəllifləri ilə bağlı suallara, əsərin ideyası və məzmununa yanaşmalarına və təhliletmə bacarığına görə xüsusi fəallığı ilə fərqlənənləri aşkar etməkdir.

    Yazılı və şifahi sorğunun nəticəsinə əsasən iki nəfər şagird (bir nəfər X  sinif, bir nəfər XI sinif) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazandı.     

    Uğurlar diləyirik!


http://baku.edu.gov.az/az/page/234/2847

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi