“Vurğun” təxəllüslü şair
21 dekabr 2017 – ci il tarixində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil edilmiş “Azərbaycan dili və ədəbiyyat” aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Qurbanovanın təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirildi.
Şagirdlər şairin həyat və yaradıcılığından, Azərbaycan poeziya dilinin bir çox əcnəbi dillərdən təmizlənməsindən, Azərbaycan ədəbiyyatı və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirməsindən, yaradıcılıq uğurlarına baxmayaraq, SSRİ rəhbərliyi tərəfindən haqsız hücumlara, təzyiqlərə məruz qaldığından və tərcümə etdiyi əsərlərdən söz açdılar, şeirlərindən əzbər söylədilər.
Səməd Vurğunun “Vaqif” əsərindən bir parça nümayiş etdirildi. “Azərbaycan” şeiri şagirdlər tərəfindən Azərbaycan, rus, ingilis, fransız dillərində səsləndirildi.