Nitq mədəniyyəti

  Məktəbin 29 noyabr 2017 – ci il tarixli 193№ - li “Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi haqqında” əmrini və illik fəaliyyət planının 1.1.13  - cü bəndini icra etmək məqsədilə 15 dekabr 2017 - ci il tarixində Azərbaycan dili müəllimi Səfurə Mahmudovanın Xb sinfində “Şair və yazıçılarımızın dilimizin təmizliyi haqqında” mövzusunda nitq mədəniyyəti dərsi dinlənildi. Əvvəlcə şagirdlər nitq mədəniyyətinin məqsəd və vəzifələri haqqında geniş məlumat verdilər. Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında fikirlərini əks etdirən videogörüntü nümayiş etdirildi. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017 - ci il  tarixli sərəncamı dinlənildi. Şair və yazıçıların dilindən deyilmiş aforizmlər şagirdlər tərəfindən səsləndirildi. Şagirdlərin ifasında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Mirzə Ələkbər Sabir, Tofiq Bayramın şeirləri ifadəli təqdim edildi, səhnəciklər göstərildi. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən yığcam bir hissə canlandırıldı. 

Dərsin sonunda şagirdlərə dilimizi olduğu kimi qorumaq və təbliğ etmək tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi