Fəal siniflər diplomla təltif edildilər

 Cari tədris ilinin noyabr ayında İDEA İctimai Birliyinin təşkilatçılığı ilə “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi üzrə məktəblərarası keçirilən müsabiqədə 283№ - li tam orta məktəb I yerə layiq görülmüşdür.

14 dekabr 2017 – ci il tarixində məktəblilər tərəfindən toplanmış kağız tullantılarının təkrar emal edilməsini, ağacların qorunmasını, təbiətin mühafizəsini və ekoloji balansın saxlanmasını, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını əks etdirən təqdimat nümayiş etdirildi.

Təqdimatı hazırlayan “Azərsun” şirkətinin əməkdaşı Kərəm Səfərov şagirdlərə ətraflı məlumat verdi.

Sonda kağız tullantılarının toplanmasında fəal iştirak edən siniflər və şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi