Şövkət Məmmədovanın 120 illik yubileyi keçirildi

15 dekabr 2017 – ci ildə məktəbin musiqi müəllimi Sevinc Abdullayevanın təşkilatçılığı ilə Azərbaycanda ilk qadın müğənni, SSRİ xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirildi.

Şagirdlər lirik koloratur soprano səsə malik Şövkət Məmmədovanın Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstandakı çıxışları ilə bağlı hazırladıqları məlumatları tədbir iştirakçılarına çatdırdılar.

Tədbir boyu  opera ifaçısı Şövkət Məmmədovanın “Rozina”, “Lakme”, “Olimpiy”, “Qar qız”, “Gülçöhrə” və s. partiyaları səsləndirildi və müğənninin yaradıcılığı ilə bağlı videogörüntülər nümayiş etdirildi.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazan, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində səmərəli və nümunəvi xidmət göstərən Şövkət Məmmədova və xalqımızın bu kimi nümayəndələrinin yaradıcılığı ilə daha yaxından tanış olmağı şagirdlərə tövsiyə etdi.


http://baku.edu.gov.az/az/page/234/2686

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi