Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq 13 dekabr 2017 – ci il tarixində Binəqədi rayonu 126, 143, 283№ - li tam orta məktəblərinin XI sinif şagirdləri ilə  “Ümummilli Lider Heydər Əliyev və gənclik” layihəsi çərçivəsində seminar keçirildi.

Seminar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan 283№ - li tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Ulu Öndər Heydər Əliyev irsi və gənclik” mövzusunda təşkil edilən seminarların mahiyyətindən, dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdı.

283№ - li tam orta məktəbin tarix müəllimi Rəhilə Heydərli “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda II dəfə siyasi hakimiyyətə qayıdışı”  mövzusu ilə  Azərbaycanın  tarixi inkişaf prosesinə  təkan verən Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolu haqqında geniş və əhatəli şəkildə məruzə etdi.

Məruzə zamanı Ulu Öndərin keçdiyi tarixi yol haqqında videoçarx nümayiş etdirildi. Məruzəçi çıxışının sonunda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev irsini daha dərindən öyrənməyi və  özlərinin həyat yolunda bir nümunə kimi götürməyi şagirdlərə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi