Azərbaycan dili dərslərinin dinlənilməsi davam edir
Təhsilin keyfiyyətinin artırılması baxımından və məktəbin fəaliyyət planının 1.1.13 - cü bəndinə müvafiq olaraq müəyyənləşdirilmiş , “ Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi” aylığı çərçivəsində dərslərin dinlənilməsi davam edir.
13 dekabr 2017 – ci il tarixində Elmira Allahverdiyevanın 9c sinfində “Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alim”, Ruhəngiz Cəbiyevanın 5b sinfində “ Söz ehtiyatları” mövzusunda dərsləri dinlənildi.
Hər iki dərsdə müasir təlim metod və texnologiyaları tətbiq edilməklə qoyulmuş məzmun standartları şagirdlərə mənimsədildi.
Dərslərin təhlili zamanı müəllimlərə müvafiq tövsiyələr verildi.