Azərbaycan dili və ədəbiyyat dərsləri dinlənildi

Tədrisin keyfiyyətinin düzgün istiqamətləndirilməsi, şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə bacarığının formalaşdırılması, fəaliyyət planının 1.1.13  - cü bəndini və 29 noyabr 2017 – ci il tarixli 193 saylı əmrini icra etmək məqsədilə 12 dekabr 2017 – ci il tarixində növbəti Azərbaycan dili və ədəbiyyat dərsləri dinlənildi.

Hər bir dərs Ulu Öndər Heydər Əliyevin xoş xatirəsini yad etməklə başladı.

Elnarə Abbasovanın 9ç sinfində “Bir ağacın hekayəsi”, Səfurə Mahmudovanın 6c sinfində “Say bəhsinin təkrarı”,  Aytəkin Rzayevanın 7c sinfində “Təbiət mühəndisləri" mövzusunda dərsləri dinlənildi.

Müəllimlər qoyulmuş standartları reallaşdırmaq üçün müxtəlif üsullardan məqsədəuyğun şəkildə istifadə etməklə təlim nəticələrinə nail ola bildilər. Dərslərin sonunda məktəb rəhbərliyi, ixtisas müəllimləri və fənn müəllimlərinin iştirakı ilə müzakirələr aparıldı. Müvafiq metodiki tövsiyələr verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi