Heydər Əliyev və Müstəqil Azərbaycan

   Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndərin irsi ilə şagirdlərin yaxından tanış edilməsi və məktəbin fəaliyyət planının 1.3.28, 1.3.29 - cu bəndlərini icra etmək məqsədilə 11 dekabr 2017 – ci il tarixində X və XI sinif şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda intellektual oyun keçirildi.

  Birinci mərhələdə "Turan", "Qurtuluş", "Ümid körpüsü", "Cocuq Mərcanlı" olmaqla 4 komanda yarışa başladı. 20 sual səsləndirildi. Hər suala bir dəqiqə vaxt ayrıldı. Maraqlı suallar cavablandırıldı və müzakirələr aparıldı.

İkinci mərhələdə hər komandadan bir nəfər Ulu Öndərin xatirəsinə həsr edilmiş məruzə səsləndirdi.

 Tədbirin sonunda fəal iştirak edən komandalar və məruzəçilər mərhələlər üzrə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif edildilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi