Kitab ən yaxşı dostdur

08 dekabr 2017 – ci il tarixində məktəbin rus dili müəllimlərinin təşkilatçılığı ilə Rusiya Mətbuat Mərkəzinin illik layihələrindən olan “ Kitab ən yaxşı dostdur!” adlı tədbiri keçirildi. Tədbirdə Rusiya Mətbuat Mərkəzinin əməkdaşları Yakunina Lyubov Timofeyevna, Alenena Alisiya İqorevna, TDM – nin rus dili fənni üzrə məsləhətçisi  Məmmədova Dilbər, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbir boyu görkəmli rus şair və yazıçılarından – A.S.Puşkinin, V.İ.Dalinin, M.Y.Lermontovun, S.Y.Marşakın, K.İ.Çukovskinin yaradıcılığına müraciət olundu, əsərlərindən parçalar və şeirlər səsləndirildi.

Azərbaycan və rus bölməsinin şagirdlərinin həvəslə hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.

Tədbirin sonunda çıxış edən qonaqlar və məktəb rəhbərliyi rus dilinin beynəlxalq ünsiyyət dili kimi vacibliyindən, Rusiya – Azərbaycan əlaqələrindən və əməkdaşlığından, şagirdlərdə bu dilə sevginin daha da təkmilləşdirməyin vacibliyindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi