Sinif müəllimləri ilə iclas keçirildi
Məktəbdə tədris prosesinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə 07 dekabr 2017 – ci il tarixində məktəbin direktor müavini Sevinc Musayevanın təşkilatçılığı ilə ibtidai sinif müəllimlərinin iclası keçirildi. II – IV siniflər arasında ana dili və riyaziyyat fənləri üzrə məktəbdaxili olimpiadaların, I siniflərdə ana dili, riyaziyyat fənləri üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin təşkili, “İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” istiqamətində şagirdlərin oxuma – anlama vərdişlərinin öyrənilməsi və s. müzakirə edildi.
İclasın sonunda müvafiq qərarlar qəbul edildi.