Məktəbəhazırlıq qrupunun uşaqları ətraf aləmlə tanışlıq dərsində
Məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq məşğələləri dinlənildi. Hər 4 qrupda məşğələnin mövzusu “Yol hərəkəti qaydaları” idi. Müəllimlər müxtəlif metod və üsullardan istifadə etdilər. Bütün qruplarda kiçikyaşlı uşaqlara “Yol hərəkəti qaydaları”, “Yerüstü və yeraltı piyada keçidləri”, işıqfor, nəqliyyat vasitələri və s. haqqında məlumat verildi.
Məşğələnin sonunda uşaqların bilik və bacarıqlarını yoxlamaq məqsədilə dərketmə mərhələsi aparıldı.