Şagirdlərin icbari dispanserizasiyası
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013 – cü il tarixli 250 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası məqsədilə 04 dekabr 2017 – ci il tarixindən 20 nömrəli uşaq poliklinikasının müvafiq həkimləri və məktəb rəhbərliyinin iştirakı ilə II – XI sinif şagirdlərinin müayinəsinə başlanıldı.
Müayinə zamanı uşaqlar arasında sağlamlıq, risk altında olan xəstəliklərlə bağlı maarifləndirmə işləri aparıldı.
Müayinənin növbəti iki gün ərzində davam etdirilməsi nəzərdə tutulur.
http://www.anl.az/down/meqale/azerbaycan/2013/aprel/303246.htm