“Ədəbiyyat biliciləri” müsabiqəsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 1 may 2015 – ci il tarixli əmrinə uyğun olaraq 01.12.2017 – ci il tarixində məktəbdə hazırlıq mərhələsi keçirildi. Məktəbin ədəbiyyat həvəskarları olan VIII – XI sinif şagirdləri və komissiya üzvləri kitabxanada toplaşaraq müsabiqənin müəyyən edilmiş qaydalara uyğun keçirilməsi üçün lazımi tədbirlər görülməsi barədə ətraflı müzakirələr apardılar. Məktəbin direktoru Tünzalə Zeynalova ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək üçün onların arasında sağlam rəqabət yaradılmasına nail olmaq baxımından “Ədəbiyyat biliciləri” müsabiqəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Ədəbiyyat həvəskarları oxuduqları əsərlərlə bağlı maraqlı müzakirələr, təhlillər apararaq müsabiqə ilə bağlı fikir mübadiləsi etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi