Ümumdünya QİÇS – lə mübarizə
Məktəbin fəaliyyət planının 1.4.10 - cu bəndini icra etmək məqsədilə 01 dekabr “Ümumdünya QİÇS – lə mübarizə günüdür” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
Tədbirdə çıxış edən müəllimlər “Ümumdünya AİDS gününün elan olunması və QİÇS– ə qarşı effektiv kompaniyaların birləşməsi üçün qəbul edilən qərarlardan və zərərli vərdişlərdən qorunmağın yollarından danışdılar. Şagirdlərin hazırladıqları şeirlər və səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçılarına şagirdlər tərəfindən bukletlər paylanıldı.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 283№ - li tam orta məktəbin ərazisində həyata keçirilən aksiyada pedaqoji kollektivi və şagirdləri böyük həvəs və fəallıq göstərdikləri üçün Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən hazırlanmış təşəkkür məktubu məktəbin direktoruna təqdim edildi. Sonda məktəbin direktoru Tünzalə Zeynalova kollektivə göstərdikləri diqqət və qayğıya görə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova və bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi.