Qarşılıqlı dərsdinləmə
30 noyabr 2017 – ci il tarixində Riyaziyyat – informatika aylığı çərçivəsində Nübar Aslanovanın “Üçbucaqların konqurentliyinin I əlamətinə aid məsələlər həlli” mövzusunda dərsi dinlənildi. Dərsdə məktəb rəhbərliyi ixtisas müəllimləri, tarix, Azərbaycan dili, kimya, ingilis dli, biologiya müəllimləri iştirak edirdilər. Müəllim şagirdlərlə həndəsənin tarixinə səyahət etdi. BİBÖ, klaster, müzakirə üsullarından istifadə edildi.
Müəllim tarix, coğrafiya, təsviri incəsənət fənləri ilə maraqlı inteqrasiya yaratdı.
Məlumatların müzakirəsi mərhələsində şagirdlər cütlərlə işləyərək üçbucaqlar haqqında təqdimat hazırladılar. Dərsin ümumiləşdirmə və nəticə mərhələsində şagirdlər üçbucaqların konqurentliyinin I əlamətini tətbiq edərək yaxına gedilməsi mümkün olmayan obyektin ölçülərini müəyyənləşdirməyə nail oldular.
Qarşılıqlı dərsdinləmə ixtisas müəllimləri ilə yanaşı, qeyri – ixtisas müəllimlərinin də müzakirəsi və tövsiyələri ilə başa çatdı.