İnformatika dərsləri dinlənildi

Tədrisin keyfiyyətini artırmaq,  müəllimlərə müvafiq metodiki tövsiyələr vermək və illik fəaliyyət planının 1.1.13 - cü bəndini icra etmək məqsədilə riyaziyyat -informatika  fənn aylığı çərçivəsində dərslərin dinlənilməsi davam edir.

29 noyabr 2017 – ci il tarixində məktəbin informatika müəllimləri Sahilə Muradovanın 4b sinfində (Azərbaycan bölməsi) ”Və”, “Və ya” sözləri olan mürəkkəb mülahizələr, Aynur Mürşüdovanın 1ç sinfində (Azərbaycan bölməsi)  “Əks əlamətlər” mövzusunda  açıq dərsləri dinlənildi. Hər iki  müəllimin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdikləri resursların, iş forma və üsulların, interaktiv tapşırıqların, didaktik oyunların (“...deyir ki,” “Doğru və yalan divarlar”)  müxtəlifliyi dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı. Dərsin yaradıcı tətbiqetmə mərhələsində təqdim olunan krossvord və məntiqi tapşırıqlar şagirdlərin təfəkkürünü daha da inkişaf etdirdi. Eyni zamanda yerinə yetirilən göz gimnastikası, müxtəlif idman hərəkətləri şagirdlərin yorğunluğunu aradan qaldırdı.

Hər iki müəllimə metodiki tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi