Riyaziyyat dərsləri dinlənildi
Tədrisin keyfiyyətini artırmaq, müəllimlərə müvafiq metodiki tövsiyələr vermək və illik fəaliyyət planının 1.1.13 - cü bəndini icra etmək məqsədilə riyaziyyat fənn aylığı çərçivəsində dərslərin dinlənilməsi davam edir.
Şagirdlərin riyaziyyat fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, bu sahədə olan çatışmazlıqlar və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından dərsdinləmələrin xüsusi əhəmiyyəti var.
28 noyabr 2017 – ci il tarixində müxtəlif siniflərdə riyaziyyat dərsləri dinlənildi. Yekunda müzakirələr aparıldı.