Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

Şagirdlərdə fizika elminə olan marağın daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə 24 noyabr 2017 – ci il tarixində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirildi.

Müsabiqədə IX – XI sinif şagirdlərindən ibarət 6 komanda iştirak etdi. (“Nüvə”, “Neytron”, “Atom”, “Elektron”, “Qloun”, “Proton”)

Test tapşırıqlarının hər birinin doğru cavabı 1 bal, məsələ və təcrübə işi üçün 5 bal müəyyənləşdirildi.

Şagirdlərin sərbəst işləri təmin edildi. Yarışmanın sonunda münsiflər heyəti tərəfindən qalib komanda müəyyənləşdirildi.

Növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanan “Nüvə” komandasının üzvlərinə uğurlar diləyirik.


http://baku.edu.gov.az/az/page/9/2862

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi