Ölkəmizi tanıyaq
16 – 19 noyabr 2017 – ci il tarixində məktəbin X sinif şagirdləri – Verdiyeva Şəbnəm və Süleymanova Hülya “Ölkəmizi tanıyaq” tur - aksiyası çərçivəsində Lənkəran – Masallı – Astara rayonlarında olmuşdular.
Prezident İlham Əliyev Cənablarının ideyası əsasında gerçəkləşən bu layihə və təəssüratlarını bölüşdürmək məqsədilə 23 noyabr 2017 – cil il tarixində məktəbin digər şagirdləri ilə görüş keçirildi. Hər iki şagird görüş zamanı Azərbaycanın cənub bölgəsində olduqları yerlərin tarixi əhəmiyyətindən və zənginliyindən danışdılar.