IV siniflərdə riyaziyyat dərsləri dinlənildi

Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi aylığı çərçivəsində 22 noyabr 2017 – ci il tarixində məktəbin IV siniflərində “Yuvarlaq ədədlər üzərində vurma və bölmə” mövzusunda riyaziyyat dərsləri dinlənildi. Məqsəd şagirdlərin riyazi bacarıqlarının öyrənilməsi və bu bacarıqların necə tətbiq edilməsini  müşahidə etmək idi.

Bütün siniflərdə mövzu eyni idi. Hər bir müəllimin mövzunun şagirdlərə mənimsətməsi üçün istifadə etdikləri resurslar, iş forma və üsulları, inteqrasiyalar tam müxtəlif, rəngarəng və maraqlı  idi.

Dərs zamanı şagirdlərin yuvarlaq ədədlərə vurma və bölmə əməllərini, bu əməllərin qarşlıqlı əlaqəsi və mahiyyəti üzərində qurulmuş məntiqi misalları asanlıqla və həvəslə yerinə yetirdikləri müşahidə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi