İbtidai siniflərdə riyaziyyat dərsləri dinlənildi
Riyaziyyat fənninin tədrisinin öyrənilməsi aylığı çərçivəsində 21 noyabr 2017 – ci il tarixində məktəbin ibtidai siniflərində riyaziyyat dərsləri dinlənildi. 1ç sinfində Rəsmiyyə Mustafayevanın “Toplama əməli”, 2ç sinfində Dilrubə Cabbarovanın “ 100 dairəsində toplama və çıxma”, 3ç sinfində Afiqə Kərimovanın “Qiymətləndirmə” mövzusunda keçdiyi dərslər komissiya üzvləri tərəfindən maraqla qarşılandı.
Dərslərin təhlili zamanı müəllimlərə müvafiq metodiki tövsiyələr verildi.