Metodbirləşmə iclasları keçirildi
20 noyabr 2017 – ci il tarixində məktəbdə ayrı – ayrı fənlər üzrə növbəti MB iclasları keçirildi. Müvafiq siniflər üzrə dərs proqramlarında (məzmun standartları) qarşıya çıxan çətinliklər, fənn aylıqlarının təşkili, fənlər üzrə tapşırıqlar bankının yaradılması, şagirdlərlə aparılmış diaqnostik qiymətləndirmənin nəticələrinin təhlili, cari planlaşdırma, “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji müzakirələrdə iştirak edəcək müəllimlərin mövzuları, təmayül siniflərdə tədrisin vəziyyəti və s. müzakirə edildi.