Şagirdlər Bülbülün ev muzeyində

Məktəbin fəaliyyət planının 1.3.16 bəndinə uyğun olaraq şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə 17 noyabr 2017 – ci il tarixində məktəbin musiqi müəllimlərinin rəhbərliyi altında professional vokal sənətinin banisi, görkəmli müğənni Bülbülün ev muzeyinə ekskursiya təşkil olundu. Məktəblilər muzeydə olan eksponatlarla tanış oldular. Bülbülün həyat və yaradıcılığı haqqında geniş məlumat əldə etdilər. Şagirdlər hər bir məlumatı diqqətlə dinlədilər.

Sonda uşaqlar muzey haqqında təəssüratlarını bölüşdülər.


http://baku.edu.gov.az/az/page/234/2600

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi